BRİKS üzvləri hansı məsələdə razılığa gəldilər?

Dünya

10.06.2024 16:57

BRİKS ölkələrinin xarici işlər nazirləri Nijni Novqorodda keçirilən görüşdə birgə bəyanatla bağlı razılığa gəliblər. 

TodayPress xəbər verir ki, bu barədə  Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

Mətnin məzmunu açıqlanmır.

Qeyd edək ki, bu gün keçirilən BRİKS iclasında Rusiya, Braziliya. Misir, Hindistan, İran, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya və Cənubi Afrika Respublikasından nümayəndələr iştirak edir. Bu, keçən il BRİKS-in genişləndirilməsindən sonra xarici işlər nazirlərinin ilk görüşüdür. 

Günəş Mərd

tag: BRİKS, Nijni Novqorod, Rusiya, Dünya, todaypress.az,