BRICS Türkiyənin təklifinə nə cavab verəcək?
Dünya
30.09.2024 12:15
“Türkiyənin BRICS-ə daxil olması prosesi çətin olacaq, çünki hökumətdə xeyli sayda qərbyönlü siyasətçi təmsil olunur”.
TodayPress Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Ana Vətən Partiyası”nın sədr müavini Hakan Topkurulu danışıb.
O, qeyd edib ki, parlamentdə bu qədər qərbyönümlü siyasətçi olduğu halda, Ankaranın BRICS-ə qoşulmaq üçün müraciət etməsi, onun böyük siyasi cəsarətindən xəbər verir.
“Ümid edirəm ki, BRICS düzgün seçim edəcək və Türkiyənin təklifi üçün problem yaratmayacaq. Ancaq BRICS-ə üzvlük üçün Türkiyə Böyük Millət Məclisindən razılıq əldə etmək asan olmayacaq” deyə Topkurulu bildirib.
Eyni zamanda, siyasətçi Türkiyənin BRICS-ə üzvlük uğrunda mübarizəni uğurla başa vuracağına ümid etdiyini vurğulayıb.
Günəş Mərd
tag: BRICS, Türkiyə ,Ankara, Mübarizə ,Ana Vətən Partiyası ,todaypress.az,