BRICS-lə əməkdaşlıq etmək istəyən ölkələrin sayı açıqlandı

Dünya

05.09.2024 12:30

“30-dan çox ölkə BRICS assosiasiyası ilə əməkdaşlıqda maraqlıdır”.

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin məlumat verib.

“Münasibətlərimiz uğurla inkişaf edir. Rusiya, Çin və Hindistan təşkilatın qurucularıdır. Sonra Braziliya və Cənubi Afrika da qoşuldu və iştirakçılar dairəsi genişləndi. Bu, təqdirəlayiq prosesdir” deyə o, bildirib.

Putin əlavə edib ki, bu ölkələrlə əlaqələr səmərəli inkişaf edir və onların hipotetik şəkildə daxil olması BRICS-i daha da gücləndirə bilər.

Töhfə Səməd

tag: BRICS ,Rusiya, Putin, Çin, Hindistan, Braziliya ,todaypress.az,