BRICS ilə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə təyin edildi

Dünya

19.10.2024 14:03

1871

Vladimir Putin Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkini BRICS ilə maliyyə və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə təyin edib.

TodayPress xəbər verir ki, müvafiq fərman normativ hüquqi aktların saytında dərc olunub. 

Bildirilib ki, fərman imzalandığı gündən - oktyabrın 19-dan qüvvəyə minir.

Sənəddə məlum olub ki, Maksim Oreşkin həm də Assosiasiyanın layihələrini maliyyələşdirən yeni BRICS İnkişaf Bankı ilə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndə olacaq.

Töhfə Səməd

tag: Prezident, Putin, Maksim Oreşkin, BRICS, Fərman, todaypress.az,