BRİCS-ə üzvlük dayandırıldı
Dünya
26.06.2024 18:00
BRİCS ölkələri assosiasiyaya yeni üzvlərin qəbulunda fasilə vermək qərarına gəliblər.
TodayPress xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Səslərin böyük əksəriyyəti nəzərə alınaraq, yeni üzvlüklərlə əlaqədar fasilə vermək, ilk növbədə BRİCS-ə yeni gələnlərin inteqrasiyasını təmin etmək qərara alınıb” deyə diplomat bildirib.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən BRİCS assosiasiyasına sədrlik Rusiyaya keçib. Bu ilin başlanğıcından indiyədək 30-dan çox ölkə BRİCS-ə qoşulmaq üçün müraciət edib.
Günəş Mərd
tag: BRİCS, Üzv, Rusiya, Sergey Lavrov, Diplomat, Sədr, todaypress.az,