BRİCS arealını genişləndirir: Daha bir ölkə quruma üzv olmaq istəyir
Dünya
07.06.2024 16:57
Nikaraqua BRİCS-ə qoşulmaq niyyətindədir və bu məsələ ilə bağlı təşkilat ölkələri ilə danışıqlar aparır.
TodayPress xəbər verir ki, bu barədə Nikaraqua prezidentinin investisiya məsələləri üzrə müşaviri Laureano Orteqa bildirib.
Orteqa Nikaraquanın bu məsələdə aydın mövqe tutduğunu vurğulayıb:
“Məqsədimiz budur, biz bunu artıq rəsmi olaraq təşkilatın sədri qarşısında qaldırmışıq və bu böyük ailənin bir hissəsi ola bilmək üçün BRİCS-ə üzv ölkələrlə danışıqlar aparırıq”.
Qeyd edək ki, bundan öncə Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin bu il ərzində BRİCS-ə üzv olmaq niyyətində olduğunu bildirmişdi.
Günəş Mərd
tag: Nikaraqua, BRİCS, Dünya, Türkiyə, Nazir, todaypress.az,