Brazilya “Apple ” və “Google”u cərimələdi
Dünya
10.01.2025 12:32
Braziliyada istifadəçi məlumatlarını toplamaqda ittiham olunan “FaceApp”ı yaydıqları üçün “Apple ” və “Google” 19 milyon real (təxminən 3,1 milyon dollar) məbləğində cərimələnib.
TodayPress xəbər verir ki, bu barədə “UOL” portalı məlumat yayıb.
Məhkəmə hər iki şirkətin “FaceApp”a istifadəçilərin razılığı olmadan məxfi məlumatları toplamağa icazə verdiyinə görə məsuliyyət daşıdığına dair qərar verib. Bildirilib ki, bu, Braziliyanın İnternet Mülki Hüquqları Qanununu pozur.
Braziliya qanunlarına görə, platformaların istifadəçilərin razılığı olmadan böyük miqdarda şəxsi məlumat toplamasına icazə verilmir.
Məhkəmə həmçinin “Apple” və “Google”un 2020-ci ilin iyun ayından etibarən proqramı endirmiş hər braziliyalı istifadəçiyə 500 real (təxminən 82 dollar) ödəməli olduğuna qərar verib.
“Apple” və “Google” öz növbəsində qeyd ediblər ki, onlar tətbiqi yalnız öz mağazalarında yayırlar və onun siyasətlərinə görə məsuliyyət daşımırlar. Hər iki şirkət məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.
Töhfə Səməd
tag: Braziliya,Apple ,Goggle ,tətbiq ,Cərimə ,todaypress.az,