Braziliyada zorlama qurbanlarının 61.6 faizini uşaqlar təşkil edir
Braziliyada ikinci ildir ki,
görünməmiş səviyyədə zorlama və gender əsaslı zorakılığın digər formalarını
qeydə alınıb.
TodayPress xəbər verir ki, Braziliya
İctimai Təhlükəsizlik Forumunun illik hesabatında açıqlanan məlumatlar göstərib
ki, bildirilən zorlama halları əvvəlki illə müqayisədə 6,5% artaraq 83,988 zorakılıq
epizoduna çatıb. Bu da, o deməkdir ki, hər altı dəqiqədə bir analoji hadisə baş
verir.
Mütəxəssislər bildirirlər ki,
ifrat sağçı fəallıq fonunda rəqəmlər "daha həyəcan verici"dir.
Gender əsaslı zorakılığın hər
bir göstəricisi 2023-cü ildə əvvəlki illə müqayisədə, o cümlədən qətl (0,8%),
cinsi təcavüz (48,7%) və təqib (34,5%) artıb.
Bunun əksinə olaraq, (kişilər
və qadınlara qarşı) qətllərin ümumi sayı ardıcıl altıncı ildir ki, 3,4%
azalaraq 2022-ci ildəki 47,963-dən keçən il 46,328-ə düşüb.
Bir çox ştatlar zorlama
qurbanlarının irqi mənşəyi ilə bağlı təfərrüatları qeyd etmir, lakin mövcud məlumatlar
onların ən azı 52%-nin qaradərili olduğunu göstərir.
Uşaqların 61,6%-i 13 və ya
daha kiçik yaşda olmaqla, zorlama qurbanları arasında sayları artmağa davam
edib. Onların əksəriyyəti ailə üzvləri və ya tanışları tərəfindən hücuma məruz
qalanlardır. (84,7%)
Nəzrin Cavadzadə
tag: Braziliya, Zorakılıq, Qurbanlar, Forum, todaypress.az,