Braziliyada yağışlar səbəbindən 100 min insan işıqsız qaldı

Dünya

25.01.2025 17:48

Braziliyanın San-Paulu şəhərində leysan yağışlar səbəbindən 100 minə yaxın insan işıqsız qalıb.

TodayPress xəbər verir ki, bu barədə "Enel" enerji şirkətinin bəyanatında deyilir. 

Ərazidə fövqəladə tədbirlər gücləndirilib. 

İşıqsız qalan 99 min abonentə xidməti normallaşdırmaq üçün işlər davam etdirilir. 

San-Pauluda leysan yağışlar səbəbindən küçələrin bir hissəsi su altında qalıb, metro xətlərindən birindəki relslər də su altında qalıb. 



tag: Braziliya,Enel,San Paulu,Leysan,Todaypress.az,