Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 180 nəfərə çatdı
Dünya
04.07.2024 19:55
Braziliyanın cənubundakı Rio
Qrande-du-Sul əyalətində qeydə alınan rekord daşqınlar nəticəsində azı 180 nəfər
həyatını itirib.
TodayPress xəbər verir ki, bu
barədə ölkənin mülki müdafiə agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində
32 nəfər itkin düşüb.
Xatırladaq ki, aprelin 29-da
başlayan leysan yağışları günlərlə davam edərək ştatın bütün şəhərlərini su
altında qoyub. İyun ayının ortalarında daşqınlar səngiməyə başlayandan sonra
xilasetmə və bərpa işlərinə başlanılıb.
Agentlik hesabatında qeyd edib ki, fırtınaların şiddətləndiyi vaxtda 450 mindən çox insan təxliyə edilib.
Nəzrin Cavadzadə
tag: Braziliya, Daşqın, Rio Qrande-du-Sul, Cənubi Amerika, todaypress.az,