Braziliyada 56 metrlik yolka ağacı aşdı, 1 nəfər öldü - FOTO

Dünya

18.12.2024 20:00

2195

Rio-de-Janeyroda yerləşən Marika şəhərində göldə əkilən 56 metrlik yolka bölgəni vuran fırtına səbəbindən yerə yıxılıb. 

TodayPress xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 3 işçi yaralanıb, onlardan 1-i aldığı xəsarətlərdən dünyasını dəyişib.

"Güclü külək və leysan yağışı ilə müşayiət olunan tufan bir neçə saniyə ərzində strukturu dağıdıb" deyə yerli bələdiyyədən bildiriblər.

Töhfə Səməd

tag: Rio-de-Janeyro,Marika ,Yolka,Dəniz,todaypress.az,

photo