Braziliya Ukrayna üzrə vasitəçi ola bilər

Dünya

06.05.2025 14:40

9

Braziliya Rusiya və Ukrayna arasında sülh danışıqlarında ABŞ-ni əvəz edərək vasitəçi rolunu üzərinə götürə bilər.

TodayPress xəbər verir ki, bu barədə “O Globo” qəzeti ölkə hökumətindəki mənbələrə istinadla məlumat yayıb. 

Bildirilib ki, Braziliya prezidenti Luis İnaisiu Lula da Silva bu yay Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinə Braziliyanın danışıqlarda aktiv vasitəçi kimi iştirak etməyə hazır olduğunu bəyan edəcək.

Qeyd olunub ki, Braziliya hər iki tərəf tərəfindən etibarlı tərəfdaş hesab olunur və danışıqların çıxış nöqtəsi kimi qəbul edilə bilər.

Qiymət Mahir

tag: Braziliya ,Ukrayna ,Rusiya,Vasitəçi,todaypress.az,