Braziliya Ukrayna münaqişəsində neytral qalacaq

Dünya

17.09.2024 15:08

“Braziliya Ukrayna ilə Rusiya arasındakı münaqişədə bitərəf qalacaq”. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, bunu Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib.

“Braziliyanın Ukrayna münaqişəsindən kənarda qalması və bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olması vacibdir. İndi bizimlə danışmaq istəyənlər bunu müharibə başlamazdan əvvəl edə bilərdilər” deyə o vurğulayıb.

Lula da Silva əlavə edib ki, Braziliya münaqişənin sülh yolu ilə həllində israr edir, hərbi əməliyyatlarda iştirakdan yayınmağa çalışır.

Günəş Mərd

tag: Braziliya, Ukrayna ,Münaqişə ,Lula, Silva ,todaypress.az,