Braziliya Rusiya-Ukrayna danışıqlarının parçası olmaq istəyir

Dünya

10.05.2025 15:00

10

"Braziliya Çin və digər ölkələrlə birgə Ukrayna üzrə danışıqlar prosesini təşkil etməyə hazırdır".

TodayPress xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva bildirib.

Onun sözlərinə görə, Braziliya müharibə tərəfdarı deyil və danışıqlara kömək etməyə hazırdır.

Bundan əvvəl, Lula da Silva Ukraynada münaqişənin davam etməsini “dəlilik” adlandırıb və dünyada təhsil, səhiyyə və aclıqla mübarizə üçün lazım olan trilyonlarla dolların silahlara xərclənməsini tənqid edib.

Türkan İsgəndərli

tag: Braziliya,Rusiya,Ukrayna,Çin,todaypress.az,