Braziliya prezidenti Zelenskinin dəvətini rədd etdi
Braziliya prezidenti Luis İnasiu Lula da Silva 9 May – Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcək, lakin Ukrayna rəhbərliyinin Kiyevə səfər dəvətini qəbul etməyib.
TodayPress xəbər verir ki, bu barədə “Metropoles” qəzeti adını açıqlamayan braziliyalı diplomata istinadla yazıb:
“O, Kiyevə gəlmək dəvətini görməməzlikdən gəldi”.
Qiymət Mahir
tag: Braziliya ,Zelenski,Luis İnasiu Lula da Silva ,Moskva,todaypress.az,