Braziliya prezidenti Zelenskini sülh danışıqlarına çağrdı

Dünya

26.09.2024 06:22

 

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukraynanı sülh danışıqlarına başlamağa çağırıb .

 

TodayPress xəbər verir ki, bu  barədə “ RİA Novosti” məlumat yayıb.

 

Dövlət başçısı belə bir qərarın vacibliyini vurğulayıb və qeyd edib ki, Kiyev Çin və ya Braziliyanın sülh planını qəbul etmək məcburiyyətində deyil. Lakin o hesab edir ki, münaqişənin həlli yalnız dialoq yolu ilə mümkündür.

 

Prezidentin sözlərinə görə, Ukrayna yalnız sülh gələrsə, öz dövlətçiliyini qoruyub saxlaya biləcək.

 

Bundan əvvəl Zelenski “qələbə planının” məqsədini açıqlamışdı.

 

Onun sözlərinə görə, bu, Ukrayna qoşunlarının gücləndirilməsinə yönəlib.

 

Həmçinin Zelenski Rusiya ilə münaqişənin sonunun çoxlarının düşündüyündən də yaxın olduğunu bildirib . Onun sözlərinə görə, Ukrayna “güclü olmalıdır” və müttəfiqlərinin dəstəyinə ehtiyacı var.

 

Aynur TAC

tag: Zelenski, Ukrayna, Rusiya, Braziliya,todaypress.az,