Braziliya prezidenti Putinlə görüşəcək
Braziliya prezidenti Luiz İnasiu Lula da Silva Rusiyanın paytaxtı Moskvaya səfər etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
O, səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə və Ukrayna lideri Volodimir Zelenski arasında mayın 15-də İstanbulda baş tuta biləcək mümkün danışıqları və nümayəndə heyətlərinin tərkibini müzakirə etmək niyyətindədir.
Lula da Silvanın sözlərinə görə, Ukraynanın xarici işlər nazirinin müavini Andriy Sıbiqa Braziliyanın xarici işlər naziri ilə əlaqə saxlayaraq, Zelenskinin Rusiya prezidentindən sülh danışıqlarına hazır olub-olmadığını öyrənməsini xahiş etdiyini bildirib.
Braziliya prezidenti bu xahişi Rusiyaya mayın 8-10-da etdiyi səfər zamanı alıb və qeyd edib ki, həmin vaxt Putinlə görüşdə bu məsələni birbaşa müzakirə edib.
Türkan İsgəndərli
tag: Braziliya,Rusiya,Ukrayna,İstanbul,todaypress.az,