Braziliya Prezidenti BRİKS sammitində iştirak edəcək
Braziliya Federativ Respublikasının
Prezidenti Luiz İnasio Lula da Silva oktyabrda Rusiyanın Kazan şəhərində
keçiriləcək BRİKS sammitində iştirak edəcək.
TodayPress xəbər verir ki, bunu Braziliyanın Moskvadakı
səfiri Rodriqo de Lima Baena Soares deyib.
“Bəli, o, iclasda iştirak edəcək” diplomat qeyd edib.
Sentyabrın 14-də Rusiya Federasiyası xarici işlər
nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox ölkə lideri
BRİKS sammitində iştirakını təsdiqləyib.
tag: Braziliya, Moskva, BRIKS, Rusiya, Sammit,todaypress.az,