Braziliya Pantanalında güclü yanğınlar baş verir

Dünya

13.06.2024 09:25

Braziliyada dünyanın ən böyük tropik bataqlıq ərazisi olan Pantanalda bu il yanğınlar daha tez başlayıb. 

TodayPress xəbər verir ki, ekspertlər bunu iqlim dəyişmələri ilə əlaqələndirirlər.

Qiymətləndirmələr üçün peyk məlumatlarından istifadə edən Rio-de-Janeyro Universiteti 3400 kvadrat kilometrdən çox ərazinin yanvar ayından bəri yandığını bildirir. Son on gündə vəziyyət daha da pisləşib. Yanğınların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 935 faiz çox olub.

Pantanalda son 15 ildə ikinci ən böyük yanğın müşahidə olunur. 

Qeyd edək ki, adətən yanğın mövsümü yalnız iyul ayında güclü yağışdan sonra baş verən quraqlıqla başlayır. Həmin vaxt Pantanaldakı yanğınlar qeyri-adi sayılmayır. Prosesin indi baş verməsi alimləri narahat edir. 

Təxminən 250 min kvadrat kilometr ərazisi olan Pantanal (Böyük Britaniya ərazisindən daha böyükdür) dünyanın ən böyük su-bataqlıq ərazilərindən biri hesab olunur.

tag: Braziliya, Pantanal, Ekspert, Yanğın, İqlim,todaypress.az,