Braziliya Kolumbiyanın BRICS üzvlüyünə namizədliyini irəli sürdü

Dünya

21.07.2024 09:20

1542

Braziliya Kolumbiyanın mümkün yeni BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) üzvü kimi namizədliyini irəli sürüb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Braziliyanın Rusiyadakı səfiri Rodriqo de Limanın sözlərinə görə, Braziliya prezidenti Kolumbiyanı BRICS-in yeni tamhüquqlu üzvü kimi təklif edib və bu məsələ assosiasiya üzvləri tərəfindən müzakirə edilib.

“Bundan sonra hansı ölkənin qoşulacağını söyləmək hələ də çətindir, o cümlədən Latın Amerikasından olan namizədlər, məncə, BRICS-in Kazan sammiti bu məsələni müzakirə etmək üçün əla fürsət olacaq” deyə səfir əlavə edib.

Qeyd edək ki, BRICS sammiti 2024-cü il oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək, iclasda üzv ölkələrin liderləri iştirak edəcək. BRICS-ə sədrlik bu ilin yanvarında Rusiyaya keçib.

Töhfə Səməd

tag: Braziliya ,Kolumbiya,Rusiya,BRICS ,Hindistan,Çin,Cənubi Afrika Respublikası,todaypress.az,