Braziliya Amazondakı yanğınlara görə yardım istəyir
Dünya
17.09.2024 09:17
Braziliya Amazondakı meşə yanğınları ilə mübarizə üçün bölgəyə 44 min əsgər göndərib, lakin bunun kifayət etməyəcəyindən narahatdır.
TodayPress xəbər verir ki, bu barədə Braziliyanın müdafiə müdafiə naziri Fernanda Azevedo bildirib.
Onun sözlərinə görə, Braziliya hökuməti ölkənin şimalında rüğyan edən meşə yanğınları ilə mübarizə üçün bir neçə Amerika ölkəsindən kömək istəyib.
Nəşrin məlumatına görə, əməliyyatlara iki ədəd "Hércules C-130" təyyarəsi də cəlb edilib. Bu təyyarələr 12 min litrə qədər su daşımağa qadirdir.
Qeyd edək ki, Amazon meşələrində yanğınlar bir neçə həftədir davam edir. Onların sahəsi 2018-ci illə müqayisədə 82% artıb. Bu il Braziliyada ümumilikdə 78 mindən çox meşə yanğını baş verib.
Günəş Mərd
tag: Braziliya ,Məlumat, Yanğın ,Amazon ,Amerika ,todaypress.az,