Braziliya ABŞ-nin rüsumlarına qarşılıq verəcək
Dünya
17.02.2025 20:20
Braziliya Federativ Respublikasının prezidenti Luiz İnasio Lula da Silva fevralın 14-ü deyib ki, Braziliya ABŞ-nin polad və alüminium idxalına qarşılıqlı tariflər tətbiq edəcək.
TodayPress xəbər verir ki, Lula bu barədə “Radio Clube do Para” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib.
"Əgər onlar Braziliya poladına vergi tətbiq etsələr, biz kommersiya baxımından reaksiya verəcəyik və ya Ümumdünya Ticarət Təşkilatına şikayət edəcəyik" deyə o qeyd edib.
Xatırladaq ki, bu həftənin əvvəlində Tramp Braziliyanın polad sektoruna təsir edəcəyi gözlənilən ABŞ-yə daxil olan bütün polad və alüminium məhsullarına 25 faiz rüsum tətbiq edən icraçı sərəncamlar imzalayıb.
Aysel Mətləb
tag: Braziliya ,Dünya,Tarif,ABŞ,todaypress.az,