BP Türkiyədəki fəaliyyətinə son qoydu
Dünya
05.11.2024 05:56
2023-cü ilin noyabrında
imzalanan müqavilə ilə BP Türkiyə Şanlıurfadakı yanacaqdoldurma məntəqələri də
daxil olmaqla ümumilikdə 770 məntəqəni “Petrol Ofisi” şirkətinə təhvil vermək
qərarına gəlib.
TodayPress xəbər verir ki,
bununla da dünya şöhrətli neft nəhəngi olan BP-nin Türkiyədəki 112 illik
fəaliyyəti sona çatıb.
“Petrol Ofisi” keçən il
imzalanan müqavilədən sonra BP Türkiyənin yanacaqdoldurma məntəqələrinin
təhvilini başa çatdırdığını açıqlayıb.
1912-ci ildən Türkiyədə
xidmət göstərən İngiltərənin neft nəhəngi BP (British Petroleum) 112 ildən
sonra Türkiyə bazarı ilə vidalaşıb.
BP Türkiyə kimi fəaliyyət
göstərən yanacaqdoldurma məntəqələrinin qısa müddət ərzində lövhələrini
dəyişdirəcəyi gözlənilir.
tag: BP,Türiyə, Petrol Ofisi, Şanıurfa, Yanacaqdoldurma, todaypress.az,