Böyük Britaniyadan Kiyevə yeni yardım
Dünya
13.06.2024 09:31
Böyük Britaniyanın Baş naziri Rişi Sunak G7-nin İtaliyada keçiriləcək sammiti zamanı Ukraynaya 242 milyon funt sterlinq (286,4 milyon avro) ayrılması qərarını açıqlayacaq.
TodayPress xəbər verir ki, bu barədə Britaniya hökuməti bildirib.
Qeyd olunur ki, yardım Ukraynanın humanitar, enerji və sabitləşmə ehtiyacları üçün istifadə olunacaq və bununla da uzunmüddətli iqtisadi və sosial dirçəlişin təməlini qoyacaq.
Xatırladaq ki, G7 ölkələri ilin sonuna qədər Ukraynaya 50 milyard dollar məbləğində yardım ayırmağa razılaşıblar.
Günəş Mərd
tag: Böyük Britaniya, Rişi Sunak, İtaliya, Yardım, todaypress.az,