Böyük Britaniya və Aİ arasında danışıqlar çətinləşir
İngiltərə ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin yenidən qurulması ilə bağlı danışıqlar Londonun tələbləri səbəbindən çətinləşir.
TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Böyük Britaniya və Aİ arasında yeni sazişin mayın 19-da Londonda keçiriləcək sammitdə imzalanması gözlənilir. Məqsəd "Brexit"dən sonra tərəflər arasında əməkdaşlığı bərpa etmək və mövqeləri yaxınlaşdırmaqdır.
Danışıqlar əsasən miqrasiya, təhsil, qida təhlükəsizliyi və balıqçılıq sahələrini əhatə edir.
Lakin mənbələr danışıqların gedişatından narazıdır.
Xüsusilə, Britaniyanın Erasmus tələbə mübadiləsi proqramına qayıtmaq istəmədiyi, əvəzində gənclər üçün daha məhdud bir mobillik proqramı təklif etdiyi bildirilir.
London həmçinin Aİ-nin ərzaq ticarətinə dair müvəqqəti saziş təklifini rədd edib.
Türkan İsgəndərli
tag: İngiltərə,Aİ,Erasmus,Sənəd,todaypress.az,