Böyük Britaniya Ukraynaya yeni hərbi yardım göndərəcək
Dünya
16.01.2025 12:17
Böyük Britaniyanın Baş naziri Kir Starmer Kiyevə rəsmi səfəri zamanı Ukraynaya yeni hərbi yardımı açıqlayacaq.
TodayPress xəbır verir ki, bu barədə Britaniya hökumətinin rəsmi saytında bildirilib.
"Bu gün tərəfdaşlıq sazişinin imzalanması münasibəti ilə Baş nazirin Ukraynaya Britaniyanın yeni dəstəyini açıqlaması gözlənilir" deyə saytda qeyd olunub.
Paketin həm silah təchizatı, həm də maliyyə yardımını əhatə edəcəyi gözlənilir.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kiyevə gözlənilməz səfər edib.
Günəş Mərd
tag: Britaniya ,Ukrayna ,Hərbi, Yardım, todaypress.az,