Böyük Britaniya Rusiya ilə döyüşə hazırdır

Dünya

22.11.2024 18:23

“Rusiya Şərqi Avropanın başqa bir ölkəsini işğal edərsə, Britaniya silahlı qüvvələri hətta bu gecə də rus əsgərləri ilə döyüşə bilər”.

TodayPress “Politico”ya istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Qərargahının rəis müavini Rob Maqovan bildirib. 

"Britaniya Ordusundan bu gecə döyüşmək istənilsə, bu gecə döyüşəcək" deyə o, vurğulayıb. 

Qeyd edək ki, Maqovanın sərt bəyanatlarına baxmayaraq, Avropada vəziyyətin eskalasiyası halında Böyük Britaniyanın hərbi imkanları ilə bağlı narahatlıqlar qalmaqdadır. Keçən ay Böyük Britaniyanın müdafiə naziri Con Healey Böyük Britaniya silahlı qüvvələrinin mümkün müharibəyə hazır olmadığını etiraf etmişdi. 

Günəş Mərd

tag: Rusiya, Avropa, Britaniya, Müharibə,Rob Maqovan, todaypress.az,