Böyük Britaniya məşhur haker qrupuna sanksiyalar tətbiq etdi
Dünya
01.10.2024 21:26
Böyük
Britaniya ABŞ və Avstraliya ilə birlikdə məşhur "Evil Corp" haker
qrupunun 16 üzvünə qarşı sanksiya tətbiq edib.
TodayPress Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, haker
qrupunun Rusiya ilə əlaqələri olduğu bildirilib. Qeyd olunub ki, qrupun
sanksiya tətbiq edilən üzvləri arasında Maksim Yakubets də var. O, uzun müddət
qruplaşmanın əməliyyatlarını idarə edib.
Qeyd edilib ki,
“Evil Corp"un kiberfəaliyyətləri Böyük Britaniyanın səhiyyə, hökumət və
ictimai sektor institutlarına zərər verməyə yönəlmişdi.
tag: Britaniya, Sanksiya, Evil Corp,XİN,todaypress.az,