Botsvana prezidentinin ölkədə tapılan almaza reaksiyası gündəm oldu
Botsvana prezidenti Mokqvitsi Masisi ölkədə
tapılan 2492 karatlıq almaza reaksiyası ilə gündəm olub.
TodayPress xəbər verir ki, bu barədə “Sky News”
məlumat yayıb.
Sosial şəbəkələrdə yayımlanan kadrlarda Botsvana
prezidenti gözlərini yumub, ovuclarını irəli uzatmış vəziyyətdə oturur. Almazın
ona təhvil verilməsini gözləyir. Qadın onu Masisiyə verəndə o, gözlərini belə
açmadan, almazdan təsirlənərək “oooh” deyir və əlavə edir:
“Bu, böyükdür. Bunu görmək mənə qismət oldu”.
Qeyd edək ki, bundan əvvəl Kanadanın “Lucara
Diamond” şirkəti Botsvanadakı “Karowe” mədənində 2492 karat ağırlığında almaz
tapmışdı. Bu daş son 120 ildə tapılan ən böyük almazdır.
Günəş Mərd
tag: Botsvana ,Mokqvitsi Masisi ,Almaz,Meme,Lucara Diamond,todaypress.az,