Botoks etdirən gənclərə XƏBƏRDARLIQ
Gənclər botoks iynələrinə aludə olur və gözlənilməz nəticələrlə üzləşirlər.
TodayPress xəbər verir ki, bu barədə materialı “New York Post” (NYP) dərc edib.
Nəşrin məlumatına görə, həkimlər 30 yaşdan aşağı xəstələr, o cümlədən faktiki olaraq hələ açıq qocalma əlamətləri olmayan xəstələr arasında gözəllik inyeksiyalarına tələbatın artdığını qeyd ediblər.
Həkimlərin fikrincə, bu, qorxulu tendensiyadır, çünki botoksun tez-tez istifadəsi üz cizgilərini daimi olaraq dəyişir və bu da gənclərin avtomatik olaraq yaşlı görsənməsinə, üzün vaxtından əvvəl qocalmasına gətirib çıxara bilər.
Günəş Mərd
tag: Botoks, Gənclər,Gözəllik,Qocalma ,Xəstəlik, todaypress.az,