Borrell: “Yaxın Şərqdəki gərginlik dünya üçün pis nəticələnəcək”

Dünya

07.10.2024 13:20

“Yaxın Şərqdə müharibə təkcə Avropa üçün deyil, bütün dünya üçün pis nəticələnə bilər”. 

TodayPress xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell deyib. 

“İsrailin müdafiə hüququndan necə istifadə etdiyi ilə bağlı Aİ-də müxtəlif mövqelər var. Doğrudur, mülki əhalinin ölməkdə davam etdiyi Qəzza zolağında beynəlxalq humanitar hüquqa riayət olunmur. Regional müharibə isə şübhəsiz ki, bütövlükdə dünya üçün pis xəbər olacaq” diplomat əlavə edib. 

Günəş Mərd

tag: Yaxın Şərq ,Avropa ,Cozef Barrell ,Qəzza ,Dünya ,todaypress.az,