Borrell Ukraynadakı münaqişəni gərginləşdirməkdə ittiham olundu
Dünya
17.09.2024 09:25
Avropa Parlamentinin (AP) Yunanıstandan olan üzvü Kostas Papadakis Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrelli Rusiya ərazisinə zərbə endirmək ehtimalı ilə bağlı səsləndirdiyi fikirə görə ittiham edib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Borrellin özünə müraciətində qeyd edib.
“Borrell Rusiyaya qarşı Qərb silahlarından tam istifadə etməyə və bununla bağlı bütün məhdudiyyətləri ləğv etməyə çağırıb. Bundan əvvəl o, Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsini işğal etməsini alqışlayaraq, Aİ-yə üzv dövlətləri Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını sürətləndirməyə səsləyib" deyə Kostas Papadakis xatırladıb.
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı münaqişənin ciddi şəkildə eskalasiyası və miqyasının genişlənməsinə gətirib çıxaracaq.
Günəş Mərd
tag: Ukrayna ,Patriot, Hava Hücumu ,Papadakis ,Aİ ,todaypress.az,