Borrell Ukrayna ilə bağlı etiraf etdi: “Aİ düşünmədən vədlər verib”

Dünya

20.09.2024 17:50

“Aİ ölkələri Ukraynaya 1 milyon sursat tədarük edəcəyinə söz vermişdilər. Lakin onlar buna qadir olub-olmadıqlarını düşünmədən vəd ediblər”.

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell bildirib.

"Ukraynada müharibə başlayanda biz belə vədlər vermişdik. İndi isə məlum olur ki, bizim kifayət qədər tədarükümüz yox imiş” deyə Aİ rəsmisi qeyd edib. 

Onun sözlərinə görə, avropalılar yaşadıqları geosiyasi mühitdən tam məlumatlı deyillər. 

"Bizim çox mühüm texnoloji boşluğumuz var və bu boşluq geosiyasi kontekstdə çox ciddi narahatlıqlar yaradır" deyən diplomat əlavə edib ki, biz sərt, münaqişələrlə dolu, parçalanmış bir dünyada yaşayırıq.

Cozef Borrellin çıxış Avropa Komissiyasının audiovizual xidmətinin saytında yayımlanıb.

Töhfə Səməd

tag: Cozef Borrel, Avropa, Ukrayna ,AI, Sursat ,todaypress/az,