Borrell Livandakı BMT sülhməramlılarının mandatını genişləndirməyə çağırdı

Dünya

08.10.2024 18:10

Livan və İsrail arasındakı sərhəddə təhlükəsizliyi təmin etmək üçün BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) gücləndirilməli və onun mandatı genişləndirilməlidir. 

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell bildirib.  

"UNIFIL-ə daha güclü mandat verilməlidir ki, onlar sərhədlərdə sülhü təmin edə bilsinlər" deyə o, qeyd edib. 

Bununla belə, Borrell etiraf edib ki, hazırkı şəraitdə bu, çox da real görünmür. 

“Əgər BMT qüvvələri gücləndirilməsə, regionda dəyişiklik etmək çətin olacaq. Müharibənin indiki intensivliyinə nəzər salsaq, Livanın Qəzzaya çevrilməsinin qarşısını almaq çətin olacaq” deyə o, əlavə edib.

Töhfə Səməd

tag: BMT ,Livan, Qəzza, Müharibə ,Borrell ,todaypress.az,