Borrell: “ICC-nin qərarı siyasi motivli deyil”
Dünya
21.11.2024 18:25
“Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalant haqqında həbs qərarı verməkdə haqlıdır və bu, qərar siyasi motivli deyil”.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell bildirib.
Diplomat xatırladıb ki, qaydalar bütün iştirakçılar, o cümlədən Aİ ölkələri tərəfindən icra edilməlidir.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verib.
Məhkəmə ICC-nin yurisdiksiyasına etiraz etməyə çalışan İsrailin arqumentlərini rədd edib.
Günəş Mərd
tag: Avropa, Aİ, ICC, Benyamin, Baş nazir, Borrell, todaypress.az,