Borrell: “Gürcüstan Aİ-dən uzaqlaşır”
Dünya
30.08.2024 11:32
Avropa Birliyinin baş diplomatı Cozef Borrell Gürcüstan hakimiyyətinin kursundan narahat olduğunu bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə Brüsseldə nazirlərin qeyri-rəsmi görüşündən sonra bildirib.
Borrell hesab edir ki, bu kurs ölkəni Aİ-yə üzv olmaq ehtimalından uzaqlaşdırır.
Diplomat qeyd edib ki, nazirlər müzakirələrində Gürcüstandakı vəziyyətə də toxunublar.
"Biz bu ölkənin trayektoriyasından son dərəcə və getdikcə daha çox narahatıq. O, getdikcə Aİ-dən uzaqlaşır" deyə Borrell vurğulayıb.
Günəş Mərd
tag: Brüssel, Gürcüstan, Aİ, Nazirlik, Cozef Borrell, todaypress.az,