Borrell: "Aİ-nin Kiyevə silah tədarükü dayandırıla bilməz"
Dünya
18.11.2024 16:25
Borrell sülh fondu vasitəsilə Kiyevə silah tədarükünün mümkünsüzlüyünü etiraf edib.
Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell dekabrın 1-də istefaya getməzdən əvvəl Avropa Sülh Fondu vasitəsilə Kiyevə Avropa silahlarının tədarükünün qarşısının alınmasının mümkünsüzlüyünü etiraf edib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Təəssüf ki, mən artıq Avropa Sülh Fondu ilə bağlı son təklifi verə bilməyəcəm". Borrell Aİ xarici işlər nazirlərinin görüşünə gələrkən deyib.
Qeyd edək ki, bundan əvvəl Borrell noyabrın 18-19-da XİN rəhbərləri ilə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirləri arasında Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələrin keçiriləcəyini açıqlamışdı. O, əlavə etmişdi ki, o, həmişə Avropa silahlarının Rusiya ərazisinə zərbələr endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olub.
Günəş Mərd
tag: Borrell, Kiyev, Aİ, Rusiya, Zərbələr, XİN, Ukrayna, todaypress.az,