Borrel: “Sudan döyüşçüləri danışıqlar masasına oturmalıdırlar”

Dünya

25.07.2024 14:29

1054

“Sudan döyüşçüləri 15 aylıq müharibədən sonra bu faciəni dayandırmalı və danışıqlar masasına oturmalıdırlar”.

TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel "X"də yazıb.

"Aİ avqustun 14-də İsveçrə və Səudiyyə Ərəbistanının birgə ev sahibliyi edəcəyi ABŞ tərəfindən planlaşdırılan atəşkəs danışıqları da daxil olmaqla müharibəyə son qoymaq üçün bütün səyləri dəstəkləməyə hazırdır" deyə o, qeyd edib.

tag: Sudan, Borrel, Döyüşçü,Cozep Borrel, İsveçrə, todaypress.az,