Borrel: “Aİ öz ordusunu yarada bilməyəcək”

Dünya

19.08.2024 18:30

1552

"Avropa İttifaqı yaxın gələcəkdə öz ordusunu yarada bilməyəcək". 

TodayPress xəbər verir ki,  bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.

“Bu bir gecədə baş verməyəcək. Yekdil qərar lazımdır, amma yekdilliyə nail olmaq asan deyil” deyə Avropa diplomatiyasının rəhbəri bildirib.

Qeyd edək ki, daha əvvəl Borrel Aİ-də müdafiə ittifaqının yaradılmasını istisna etmirdi.

Günəş Mərd

tag: Avropa İttifaqı, Cozef Borrel, Avropa, Müdafiə İttifaqı, todaypress.az,