Borclu müştərilərin çılpaq şəkillərini internetə yerləşdirən sələmçilər məhkəməlik oldu
Dünya
06.06.2024 08:25
Taylandda borclunun çılpaq fotosunu internetə yerləşdirən cütlük məhkəmə qarşısına çıxıb.
TodayPress xarici mediaya istinadla xəbər verir ki,Taylandda şəxsi sələmçi ofisi açan ər və arvad borcalanları çılpaq fotoşəkillər çəkməyə məcbur ediblər və borcluların fotolarını internetdə yerləşdiriblər.
Praçinburi əyalətindən olan cütlük məhkəmə qarşısına çıxarılıb. Cütlük borc verməkdə və borc toplamaqda ittiham olunduqdan sonra özləri polisə təslim olublar.
Xatırladaq ki, 2023-cü ilin dekabrında Tayland hökuməti qeyri-qanuni özəl kreditləşdirməyə qarşı sərt tədbirlər görməyə başlayıb. Baş nazir bu üsulu "müasir köləlik" adlandırmışdı.
GÜNEL
tag: Mikrokredit, Tayland, İnternet, Kredit, todaypress.az,