Bomba tapıldı: 400-dən çox ev boşaldıldı
Şimali İrlandiyanın Nyutaunards bölgəsində İkinci Dünya müharibəsinə aid olduğu bildirilən partlayıcı qurğunun tapılması səbəbindən 400-dən çox evdə yaşayan sakinlər təxliyə edilib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Şimali İrlandiyanın Polis Xidməti tapılan partlayıcı ilə bağlı açıqlama verib.
Bildirilib ki, ərazidə partlayıcının zərərsizləşdirmə işləri 5 gün davam edəcək.
Günəş Mərd
tag: Şimali İrlandiya, Polis, Partlayıcı, İkinci Dünya müharibəsi, Nyutaunards, todaypress.az,