Bomba sığınacaqları hazırlanır - Müharibə qapıdadır

Dünya

02.08.2024 18:00

İsrail hakimiyyəti regional gərginliyin artması fonunda ölkə əhalisinə hücumlar zamanı nə etmələri ilə bağlı təlimat verib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

“Sakinlər bir neçə gün davam edə biləcək elektrik kəsintilərinə, həmçinin bir neçə gün bomba sığınacaqlarında qalmağa hazır olmalı, həyəcan anında bomba sığınacaqlarına 90 saniyə ərzində çata bilməlidirlər” deyə vətəndaşlara təqdim olunan sənəddə qeyd  edilib. 

CNN-in məlumatına görə, İsrailin "Victory" supermarketlər şəbəkəsi son günlər konservləşdirilmiş məhsullar, taxıl məhsulları, makaron, dondurulmuş ət, şüşə su və yaş salfetlərin satışında 30 faiz artım müşahidə edib.

Günəş Mərd

tag: Bomba, İsrail, CNN,Victory,Hakimiyyət, todaypress.az,