Bolqarıstanın Boykonun koalisiyası seçkilərdə qalib gəldi

Dünya

28.10.2024 12:55

Bolqarıstanın keçmiş baş naziri Boyko Borisovun “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” və “Demokratik Qüvvələr İttifaqı” (GERB-SDS) partiyalarının koalisiyası parlament seçkilərində qalib gəlib.

TodayPress xəbər verir ki, bu barədə “Nova” telekanalı məlumat yayıb. 

Bildirilib ki, GERB-SDS 26,08 faiz səslə parlament seçkilərində qalib gəlib. İkinci yeri 14,76 faiz səslə “Dəyişikliyə Davam Et” partiyası və “Demokratik Bolqarıstan” birliyinin koalisiyası tutub. Dirçəliş partiyası 13,81 faiz səslə üçüncü yerdə qərarlaşıb. 

Qeyd edək ki, bununla da son 3 ildə Bolqarıstanda 7-ci dəfə seçki keçirilmiş oldu. Bir neçə ildir ki, əsas siyasi qüvvələr razılığa gələ, sabit hökumət qura bilmirlər. Bu baxımdan, analitiklər gələcəkdə partiyaların danışıqlarının növbəti uğursuzluğunu və gələn il səkkizinci növbədənkənar seçkilərin keçiriləcəyini istisna etmirlər.

Töhfə Səməd

tag: Bolqarıstan, Parlament, Seçki, Partiyalar, Demokratik, todaypress.az,