Bolqarıstanda NATO briqadası üçün obyektlər tikiləcək

Dünya

14.12.2024 14:08

2768

Bolqarıstanda  ölkənin cənub-şərqində çoxmillətli NATO briqadasının yerləşdirilməsi üçün obyektlər kompleksinin tikintisi planlaşdırılır. 

TodayPress xəbər verir ki, bu barədə “Bolqarıstan Teleqraf Agentliyi” (BTA) məlumat yayıb.  

Bolqarıstanın müdafiə naziri Atanas Zapryanovun sözlərinə görə, obyektlər Yambol şəhəri yaxınlığındakı Kabyle Hərbi Dairəsində yerləşəcək. 

Hərbi idarə rəisi istifadə olunacaq döyüş sursatlarının kazarma ərazilərindən kənarda anbarlarda saxlanacağını da açıqlayıb. 

Xatırladaq ki, 2025-ci ilin sentyabrında Bolqarıstan Şimali Atlantika Alyansının 20-ci mülki fövqəladə hallara cavab təliminə ev sahibliyi edəcək. Təlim fəaliyyətləri zamanı iştirakçıların müxtəlif təbii və sənaye fəlakətlərini əhatə edən ssenarilərlə qarşılaşması gözlənilir.

Günəş Mərd

tag: Bolqarıstan, Döyüş ,NATO ,Kazarma ,todaypress.az,