Bolqarıstan XİN: “Ukraynanın üzv olması ilə NATO təhlükəsiz olacaq”

Dünya

25.09.2024 12:32

“Ukrayna NATO-nun tamhüquqlu üzvü olanda Şimali Atlantika Alyansına üzv olan bütün ölkələr həqiqətən təhlükəsiz olacaqlar”.

TodayPress “RBK-Ukrayna”ya istinadən xəbər verir ki,  bunu Bolqarıstanıın xarici işlər naziri İvan Kondov bildirib.

Kondov BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində, həmkarları ilə görüşdə NATO-nun müasir çağırışlar fonunda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. 

O, həmçinin NATO-nun şərq cinahının və Qara dəniz regionunda təhlükəsizliyin gücləndirilməsinin vacibliyinə diqqət çəkərək, Bolqarıstanın bu istiqamətdə səy göstərdiyini qeyd edib.

Günəş Mərd

tag: NATO ,Ukrayna ,Şimali Atlantika ,Bolqarıstan ,BMT ,Qara dəniz ,todaypress.az,