Bolqarıstan Ukraynaya yardım göndərəcək

Dünya

07.08.2024 18:25

Bolqarıstan hökuməti Ukraynanın dağılmış telekommunikasiya infrastrukturunun bərpası üçün yaradılmış xüsusi fonda 34 min 800 lev (təxminən 18 min 400 avro) məbləğində yardımı təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə Bolqarıstan hökuməti məlumat yayıb.

Bildirilib ki, vəsait XİN-in büdcəsindən ayrılacaq. 

Bolqarıstan parlamentinin 2022-ci il noyabr tarixli qərarına əsasən, Ukrayna iqtisadiyyatının, infrastrukturunun və enerjisinin bərpasına dəstəyin göstərilməsi hökumətin xarici siyasətində prioritet məsələlərdəndir.

Töhfə Səməd

tag: Ukrayna, Bolqarıstan, XİN, Parlament, İqtisadiyyat, todaypress.az,