Bolqarıstan Ukraynaya silah göndərdi

Dünya

03.09.2024 14:44

Bolqarıstan Ukraynaya “Qvozdika” özüyeriyən artilleriya sistemləri göndərib. 

TodayPress xəbər verir ki, bunu ölkənin texniki hökumətinin müdafiə naziri Atanas Zapryanov brifinqdə bildirib.

“Bolqarıstan Ukraynaya müxtəlif texnika, silah və sursat daxil olmaqla səkkiz paket hərbi yardım göndərib. Bunlara "Qvozdika" özüyeriyən silahları da daxildir. Göndərilən hər şey əhəmiyyətli kompensasiya ödənişlərinə tabedir. Bu vəsait ordunun ehtiyaclarına gedəcək" deyə nazir bildirib. 

Parlament üzvlərinin qərarına əsasən, Bolqarıstan əvvəllər Ukraynaya döyüş sursatı, uniforma, tibbi yardım və bir sıra təchizatlar göndərib. 

Qeyd edək ki, "Qvozdika" 1970-ci ildə quru qoşunları tərəfindən qəbul edilmiş 122 mm-lik özüyeriyən haubitsadır. 

Töhfə Səməd

tag: Ukrayna ,Bolqarıstan ,Qvozdika, Parlament ,Atanas Zapryanov, todaypress.az,