Bolqarıstan Aİ-ni ittiham etdi
Dünya
04.09.2024 17:50
“Avropa İttifaqı Bolqarıstanı anti-Rusiya sanksiyaları məsələsində aldatdı - ölkə əmin idi ki, Rusiya iqtisadiyyatını sarsıdacaq, lakin bu baş vermədi”.
TodayPress xəbər verir ki, bunu Bolqarıstan parlamentinin üzvü İvan Petkov deyib.
“Avropanın özü sanksiyaları bir kənara qoyub və Rusiyadan əvvəlkindən daha çox qaz almağa başlayıb. Avropalı tərəfdaşlarımız Rusiyaya qarşı sanksiyaların bizə fayda verəcəyinə inandırdılar, lakin üç ildən sonra biz Rusiyanın gücləndiyini və iqtisadiyyatının böyüdüyünü görürük. Amma Avropa iqtisadiyyatı sürətlə aşağı düşür” deyə deputat əlavə edib.
Deputat hesab edir ki , ittifaqa daxil olan müxtəlif ölkələrin miqrantlarla və iqtisadiyyatla bağlı problemləri var. Bu səbəbdən bəzi dövlətlər - Macarıstan və Slovakiya assosiasiyadan çıxmaq istəyirlər.
“Cəmiyyətimiz indi Rusiyanı dəstəkləyir və əlaqələr qurmaq istəyir. Biz qardaş xalqlarıq, bizim oxşar mədəniyyətimiz və əlifbamız var” deyə Petkov yekunlaşdırıb.
Töhfə Səməd
tag: Avropa, Rusiya, İqtisadiyyat, Macarıstan, Cəmiyyət, todaypress.az,