Boliviyada dövlət çevrilişinə cəhd - Prezident orduya səsləndi

Dünya

27.06.2024 01:13

Boliviyada ordu qüvvələri paytaxt La Pazda hökumət binası qarşısına toplaşıb. Boliviya prezidenti Luis Arce ordu qüvvələrini geri çəkilməyə çağırıb.

TodayPress xəbər verir ki, Cənubi Amerika ölkəsi Boliviyada general Zuniqanın başçılıq etdiyi ordu qüvvələri La Pazdakı hökumət binasını mühasirəyə alıb. Boliviya xalqı da çoxlu sayda təhlükəsizlik qüvvələrinə qarşı küçələrə axışıb.

Boliviya Prezidenti Luis Arce bəzi hərbi hissələrin ölkədə nizamsız olaraq səfərbər edildiyini bildirərək ordudan demokratiyaya hörmət etməyi xahiş edib.

“X” sosial media hesabından açıqlama verən Arce, "Bəzi hərbi hissələrin Boliviya ordusunun bəzi birlikləri tərəfindən nizamsız səfərbər olmasını pisləyirik. Demokratiyaya hörmət edilməlidir" deyə qeyd edib.

Yerli media tankların və  əsgərlərin paytaxtın Plaza Murillo meydanından dinc sakinləri təxliyə etdiyini və ərazini mühasirəyə aldığını bildirib.

Xəbərlərdə  Boliviya  ordusunun yüksək rütbəli komandirlərinin icra hakimiyyətini ələ keçirməklə hədələdiyi iddia edilir.

Sosial mediada əksini tapan xəbərlərdə Baş Qərargah ətrafında hərbi hissələrin yerləşdirildiyi vurğulanıb.

GÜNEL

tag: Boliviya, Cənubi Amerika, Demokratiya, PLaza Murillo, todaypress.az,