Boliviyada dövlət çevirilişinə cəhd edən 17 nəfər saxlanıldı

Dünya

28.06.2024 23:28

Boliviyada dövlət çevrilişinə cəhd edən 17 nəfər saxlanılıb.

TodayPress xəbər verir ki, Boliviyada prezident Luis Arce hökumətinə qarşı hərbi çevriliş cəhdindən sonra başladılan istintaq çərçivəsində həbslərin olduğu bildirilib.

Boliviyanın daxili işlər naziri  Eduardo del Kastillo mətbuata verdiyi açıqlamada, hökumətə qarşı çevriliş cəhdində iştirak etdikləri səbəbiylə istintaq çərçivəsində 17 nəfərin nəzarətə alındığını diqqətə çatdırıb.

Saxlanılanlar arasında işdən çıxarılan general Xose Zuniqa və vitse-admiral Xuan Arnezin də olduğunu deyən Kastillo çevriliş cəhdi ilə bağlı daha bir neçə nəfərin axtarıldığını  vurğulayıb.

Çevriliş cəhdinin keçən may ayından bəri planlaşdırıldığını xatırladan Kastillo, "Məqsəd Arce hökumətini devirmək idi. Bu planı Zuniqa və Arnez hazırlamışdı" deyə əlavə edib.

Yerli media saxlanılan şəxslərin “silahlı üsyan və terrorizm”də ittiham edildiyini və onlara 20 ilə qədər həbs cəzası verilə biləcəyini yazıb.

GÜNEL

tag: Boliviya, Dövlət çevirilişi, Daxili işlər naziri, Eduardo del Kastillo, todaypress.az,